Belçika
şirkəti Azərbaycan turizmi haqqında film çəkir
Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Belçikanın "Glocal Communications SPRL" şirkətinin 4 əməkdaşı ölkəmizdə səfərdədir. Səfərin məqsədi Azərbaycanın turizm potensialını əks etdirən sənədli filmin hazırlanması və Fransanın "TV 5 Monde", Belçikanın "La Une" və Almaniyanın "TV Berlin" telekanallarında yayımlanmasıdır.
Bununla əlaqədar
iyunun 4-dən 8-dək Bakıda və Quba rayonunda çəkilişlərin
aparılması nəzərdə tutulub. Səfər
zamanı Azərbaycanın tarix və arxitektura abidələrinin,
muzeylərinin, dini yerlərinin, müasir infrastrukturunun çəkilişləri
planlaşdırılıb.
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 3.